AZ

Dembele Bavariya ilə oyuna hazırlaşır

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

PSJ-nin ulduz futbolçusu Usman Dembele optimal formasından uzaqdır.

Oxu.Az xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabris Hokins məlumat verib.

Onun sözlərinə görə, Fransa çempionatının "Loryan"la oyununda (1:1) zədədən sonra yaşıl meydanlara qayıdan 28 yaşlı futbolçu özünü yaxşı hiss etməyib.

Dembelenin bu gün Fransa çempionatında "Nitsa"ya qarşı görüşdə start heyətində yer almayacağı gözlənilir.

UEFA Çempionlar Liqasında (ÇL) "Bavariya" ilə vacib oyununa qədər optimal formasına qayıtması üçün "Nitsa" ilə görüşdə futbolçu ikinci hissədə meydana çıxa bilər.

Xatırladaq ki, ÇL-in əsas mərhələsinin 4-cü turunun PSJ - "Bavariya" oyunu noyabrın 4-də keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
2
oxu.az

3Mənbələr