AZ

“TikTok”da saxta elanlar paylaşan şəxs tutuldu - Foto

Oğuz Rayon Polis Şöbəsinin keçirdiyi tədbirlərlə sosial şəbəkələrdə vətəndaşların etibarından sui-istifadə edərək onlara maddi ziyan vuran 27 yaşlı Yusif İslamov saxlanılıb.

Sitat.info  xəbər verir ki, o, “aksesuar auto” adlı “TikTok” səhifəsində avtomobil ehtiyat hissələri satmaq adı ilə saxta elanlar paylaşıb və alınmış məhsulların ünvanlara çatdırılması üçün vətəndaşlardan özünün bank kartına əvvəlcədən ödəniş etmələrini tələb edib. Bu kimi dələduzluq əməlləri ilə Y.İslamov zərərçəkmişlərin pullarını ələ keçirib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
27
45
sitat.info

10Mənbələr