AZ

ABŞ qəbul edəcəyi miqrant sayını rəsmən açıqladı

BAKI, 1 noyabr. TELEQRAF

ABŞ administrasiyası 2026-cı maliyyə ili üçün ölkəyə qəbul ediləcək miqrant sayını 7 min 500 nəfər olaraq təsdiqləyib.

Teleqraf xəbər verir ki, qərar ABŞ-nin rəsmi rəzetində dərc edilib.

Göstərilən rəqəm keçmiş prezident Co Baydenin dövründə müəyyən edilmiş illik 125.000 nəfərlik kvotadan dəfələrlə aşağıdır.

Sənəddə qeyd olunur ki, 7 min 500 nəfərlik qaçqın kvotası “humanitar məqsədlərlə əsaslandırılıb və milli maraqlara uyğun hesab edilir".

Miqrantların böyük hissəsi Cənubi Afrika ölkələrindən qəbul ediləcək. Digər regionlardan qəbul olunan miqrantların sayı isə çox az olacaq.

Seçilən
25
teleqraf.com

1Mənbələr