AZ

Rövşən İsgəndərov azadlığa buraxılıb

Marneuli Bələdiyyə Məclisinin keçmiş sədr müavini Rövşən İsgəndərov azadlığa buraxılıb.

XəzərNews.az 24News.ge-yə istinadla xəbər verir ki, onunla birlikdə əmisi oğlu Etibar İsgəndərov da azadlığa çıxıb.

Onlar oktyabrın 30-da, ötən gün, Rustavi şəhərində yerləşən 16 saylı cəzaçəkmə müəssisəsini tərk ediblər.

Qeyd edək ki, Rövşən və Etibar İsgəndərovlar Cinayət Məcəlləsinin 164-cü maddəsi (seçki saxtakarlığı) ilə ittiham olunmuşdular. Hər ikisinə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdir.

Xəbər 5 dəfə oxunub.
Seçilən
32
1
xezernews.az

2Mənbələr