AZ

Məşhur rəssamın günlərdir axtarılan əsəri təsadüfən tapıldı

ain.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

İspaniyada Pablo Pikassonun itmiş hesab edilən əsəri təsadüf nəticəsində tapılıb.

Kulis.az xəbər verir ki, 1919-cu ilə aid tablo Qranadadakı “CajaGranada” mədəniyyət mərkəzində keçiriləcək sərgiyə aparılarkən itib.

Oktyabrın 6-da mərkəz rəhbərliyi əsərin yoxa çıxmasını aşkar edib və polis 18 gün ərzində hərəkət marşrutunu izləyib, sürücüləri dindirməklə yanaşı, təhlükəsizlik kameralarının görüntülərini araşdırıb.

Lakin sonradan məlum olub ki, əsəri təsadüfən mərkəzin 69 yaşlı qapıçısı götürüb.

“Qapının yanında bir bağlama gördüm, düşündüm ki, “Amazon”dan gələn sifarişdir”, – deyə qadın bildirib.

O, bağlamanı mühafizə otağına aparıb və kiminsə gəlib götürəcəyini gözləyib. Polis qadını dindirəndən sonra hadisənin, sadəcə, anlaşmazlıq olduğu müəyyənləşdirilib.

Qeyd edək ki, rəssamın kiçik ölçülü bu əsəri 600 min avro məbləğində sığortalanıb.

Əməkdar artist Elçin Allahverdiyev: "Toylarda bizim rəqsləri eybəcər hala salırlar" - Müsahibə

Məşhur rəssamın əsərləri Heydər Əliyev Mərkəzində

Azərbaycanlı yeniyetmə tiktoker Nyu-Yorkda faciəvi şəkildə öldü

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
4
kulis.az

5Mənbələr