AZ

Neftimiz bu gün neçəyə satılır?

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,08 ABŞ dolları, yaxud 0,12 % azalaraq 65,87 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən gün neftimiz 65,95 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
25
qafqazinfo.az

10Mənbələr