AZ

ABŞ məhkəməsi əslən Dmanisidən olan avtoritetə 25 il həbs cəzası verib

Əslən Dmanisi bələdiyyəsinin Məmişli kəndindən olan kriminal avtoritet Polad Ömərov və Azərbaycandan olan kriminal avtoritet Rafət Əmirov ABŞ məhkəməsi tərəfindən 25 il müddətinə azadlıqdan məhrum ediliblər.

24News.ge xəbər verir ki, onlar ABŞ-da yaşayan tanınmış iranlı dissident və jurnalist Məsih Əlinəcada qarşı planlaşdırılan sui-qəsddə iştirakda təqsirli biliniblər.

Məhkəmə sənədlərinə əsasən, 46 yaşlı Rəfat Əmirov və 41 yaşlı Polad Ömərov İranın maraqları naminə Əlinəcadı qətlə yetirməyi planlaşdırıblar.

Xatırladaq ki, 45 yaşlı Məsih Əlinejad 2009-cu ildə İrandan qaçıb. O, 2014-cü ildən etibarən sosial mediada İranlı qadınları hicab taxmaq məcburiyyətinə qarşı çıxmağa təşviq edən kampaniyaları ilə tanınıb. Onun X-də 500 mindən, İnstaqramda isə 8 milyondan çox izləyicisi var.
Seçilən
17
3
sherg.az

4Mənbələr