“Arsenal” İngiltərə futbolunda yeni rekord müəyyənləşdirib.
“Opta”nın yaydığı xəbərə görə, londonlular buna Liqa Kubokunda “Brayton”a qalib gəlməklə (2:0) nail olublar. Paytaxt klubu bir ay ərzində ardıcıl 6 matçda qol buraxmadan qələbə qazanan ilk komanda olub.
Hazırda 22 xalla premyer-liqanın lideri olan “Arsenal” “Brayton”dan əvvəl İngiltərədə “Kristal Pelas”ı (1:0), “Fulhem”i (1:0) və “Vest Hem”i (2:0), Çempionlar Liqasında “Atletiko”nu (4:0) və “Olimpiakos”u (2:0) məğlub edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta