AZ

Husilər BMT əməkdaşlarını məhkəməyə verəcək

Yəməndə husilərin həbs etdiyi yerli BMT missiyası əməkdaşları bu ilin avqustunda İsrail hava zərbəsi ilə əlaqədə olmaqda şübhəli bilinərək məhkəməyə çıxarılacaq.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyinə xarici işlər nazirinin səlahiyyətlərini icra edən Abdel Vahid Abu Ras məlumat verib.

“Təhlükəsizlik xidmətlərinin atdığı addımlar tam məhkəmə nəzarəti altında həyata keçirilib. Prokurorluq hər addımdan xəbərdar edilib,” - o bildirib.

Abu Rasın sözlərinə görə, proses məhkəmə iclasları və qərarların çıxarılmasından sonra yekunlaşacaq.

Qeyd edək ki, oktyabrın 18-də husilər BMT əməkdaşlarını casusluqda ittiham edərək həbs etmişdilər.
Seçilən
14
1
sherg.az

2Mənbələr