Bakı. Trend:
Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi vəBakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı iləVətən müharibəsində qazanılmış Şanlı Qələbənin 5-ci ildönümünə həsrolunan “Zəfərindən Güc Al” devizi ilə minifutbol üzrə Bakı şəhərrayonlarını əhatə edən Abad məhəllələrarası mini futbol turnirinəyekun vurulub.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən Trend-ə verilən məlumatagörə, 2013-2014-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilən və2 mərhələdən - rayon və şəhər mərhələlərindən ibarət olan futbolyarışmasının əsas məqsədi yeniyetmə və gənclərdə vətənpərvərlikruhunun gücləndirilməsi, onlarda sağlam həyat tərzinin təşviqedilməsi və idmanla məşğul olmağa cəlb edilməsidir.
Heydər Əliyev Fondunun Vitse-prezidenti, IDEA İctimai Birliyinintəsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtınqəsəbə və yaşayış məntəqələrində həyata keçirilən “Bizim həyət”layihəsi çərçivəsində yaradılan abad məhəllələrdəki mini-futbolstadionlarında təşkil edilən yarışlar olimpia sistemi üzrəkeçirilib və yarışda ümumilikdə 1 266 yeniyetmə idmançının yeraldığı 123 komanda iştirak edib.
Turnirin birinci turu oktyabrın 24-nə kimi paytaxt rayonlarındayekunlaşıb, daha sonra isə rayon turlarının qalibləri Bakı şəhərmərhələsində yarışıblar.
Respublika səviyyəli hakimlərin iştirakı ilə təşkil edilənturnirə oktyabrın 31-də final oyunları ilə yekun vurulub. Tədbirinəvvəlində populyar müğənnilər Çinarə Məlikzadə və İlhamə Qasımovaiştirakçılar qarşısında çıxış ediblər. Rəsmi açılış mərasimindənsonra final oyunu keçirilib.
Final oyununda Yasamal rayonunun komandası Sabunçu rayonununkomandası görüşüblər. 7:5 hesabı ilə qalib gələn Yasamal rayonununkomandası turnirin qalibi olub.
Turnirin qalibləri Fəxri Fərman və qiymətli hədiyyələrləmükafatlandırılıblar. Tədbirin sonunda atəşfəşanlıq keçirilib vəxatirə şəkli çəkdirilib.