AZ

Biokimyaçılardan sensasiyalı kəşf: Nanohissəciklər xərçəngi məhv etdi

Amerikalı biokimyaçılar seçici şəkildə yumurtalığın şiş hüceyrələrinin səthinə birləşən və immunitet sistemini yeni törəməni (şişi) məhv etməyə vadar edən polimer nanohissəciklər hazırlayıblar. Bu strukturların fəaliyyəti siçanlar üzərində aparılan təcrübələrdə yoxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə Massaçusets Texnologiya İnstitutunun (MIT) mətbuat xidməti məlumat yayıb.

“Əsas nailiyyətimiz ondan ibarətdir ki, biz immun hüceyrələrinin aktivliyini stimullaşdıran IL-12 zülalını hədəfli şəkildə birbaşa şişin içinə çatdıra bildik. Bunun sayəsində xərçəng hüceyrələrinin davranışını elə dəyişdirdik ki, onlar özləri immunitetin diqqətini yeni törəməyə cəlb edir və onu bu xərçəng formasını daha fəal şəkildə məhv etməyə vadar edirlər”, – deyə institutun mətbuat xidməti professor Paula Hemmondun sözlərindən sitat gətirir.

Alimlərin qeyd etdiyinə görə, bir çox şiş hüceyrəsi immunitetin aktivliyini boğan və törəmələrin məhvində mühüm rol oynayan T-hüceyrələrinin onların içinə nüfuz etməsinə mane olan siqnal molekulları dəstləri ifraz edir. Bu cür şişlərlə mübarizə aparmaq üçün alimlər müxtəlif immunoterapiya formaları hazırlayırlar ki, bu da T-hüceyrələrini həmin siqnalları gözardı etməyə və yeni törəmələrin içinə daxil olmağa məcbur edir.

Seçilən
6
6
publika.az

7Mənbələr