AZ

İstanbul bələdiyyəsinin daha 4 əməkdaşı həbs olunub

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

İstanbul Bələdiyyəsinin daha dörd əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, məhkəmənin qərarı ilə bələdiyyənin Rəqəmsal Media Koordinatoru Ulaş Yılmaz, eləcə də Ağıllı Şəhərlər İdarəsinin əməkdaşları İsmet Korkmaz, Yusuf Utku Şahin və Baran Gönül həbs ediliblər.

Qeyd edək ki, həbs edilən şəxslər “İstanbul Senin” mobil tətbiqi vasitəsilə məlumat sızdırmaqda ittiham olunurlar. İstintaq zamanı 4,7 milyon istifadəçiyə məxsus məlumatların xarici ölkələrə ötürüldüyü, 3,7 milyon istifadəçinin məlumatlarının isə “dark web”də satışa çıxarıldığı müəyyən edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
10
sherg.az

10Mənbələr