AZ

Azərbaycanla sülh sazişi sürətlənəcək RƏY

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Paşinyan erkən seçki ilə düşmənlərinin planlarını pozacaq

Ermənistanda Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ötən gecə Eçmiədzindəki hərbi hissədə əməliyyat keçirərək, bir neçə nəfəri, o cümlədən yüksək vəzifəli hərbçiləri saxlayıblar. Məlumata görə, xüsusi xidmət orqanlarının əməkdaşları hələ də hərbi hissənin ərazisindədirlər və operativ tədbirlər həyata keçirirlər. Basqının səbəbi barədə məlumat verilmir.

Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarının Eçmiədzində hərbi hissəyə basqın edərək yüksək rütbəli hərbçiləri həbs etməsinin arxasında çevriliş planlarının qarşısını almaq dayana bilər. Ekspert vurğulayıb ki, radikal qüvvələr gələn ilin iyununda keçiriləcək parlament seçkilərində baş nazir Nikol Paşinyan üzərində qələbə qazanacaqlarına ümidli deyillər: 

"Kreml də bunu anlayır və Paşinyanı seçki yoluyla hakimiyyətdən uzaqlaşdıra biləcək siyasətçi tapa bilmir, tapdıqlarını da baş nazir müxtəlif üsullarla nüfuzdan salır. Paşinyan radikalların bir qismini həbsdə saxlayır, digələrinə qarşı məhkəmə çəkişmələrinə üstünlük verib, kilsəni isə parçalamaq yolunda iri addımlarla irəliləyir. Ancaq bunlardan daha təhlükəlisi ordu içərisində ona qarşı qiyam planlaşdıran zabitlərdir ki, onlar Rusiya kəşfiyyatına bağlıdırlar. Görünür, növbə onlara çatıb. Paşinyan ona qarşı təxribat və ya sui-qəsd hazırlayanların planlarını parlament seçkilərini erkən tarixə təyin etməklə poza bilər. Bu Azərbaycanla sülh sazişinin imzalanmasını da sürətləndirərdi".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
1
sherg.az

2Mənbələr