AZ

Husilər BMT əməkdaşlarını məhkəməyə verəcək

BAKI, 01 noyabr. TELEQRAF

Yəməndə Husilərin həbs etdiyi yerli BMT missiyası əməkdaşları avqust 2025-ci il tarixli İsrail hava zərbəsi ilə əlaqədə olmaqda şübhəli bilinərək məhkəməyə çıxarılacaq.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyinə husi hökumətində Xarici İşlər Nazirliyinin səlahiyyətlərini icra edən Abdel Vahid Abu Ras məlumat verib.

“Təhlükəsizlik xidmətlərinin atdığı addımlar tam məhkəmə nəzarəti altında həyata keçirilib. Prokurorluq hər addımdan xəbərdar edilib,” - o bildirib.

Abu Rasın sözlərinə görə, proses məhkəmə iclasları və qərarların çıxarılmasından sonra yekunlaşacaq.

Qeyd edək ki, 18 oktyabr tarixində husilər BMT əməkdaşlarını casusluqda ittiham edərək həbs etmişdilər.

Seçilən
53
1
teleqraf.com

2Mənbələr