AZ

Leyla Əliyeva Yaradıcılıq Mərkəzində ağacı əkdi - Fotolar

Oktyabrın 31-də “Bakıya Uçuş. İncəsənət həftəsonu. Gələcəyimizi İNDİ Duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) layihəsinin daha bir tədbiri - “Püstə: canlı irs” təqdimatı Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində keçirilib.

Publika.az xəbər verir ki, əvvəlcə Maqsud İbrahimbəyovun “Püstə ağacı” hekayəsi əsasında hazırlanan monotamaşa təqdim edilib.

Oxucunu duyğular, xatirələr və nostalji dünyasına aparan əsərin mərkəzində keçmişlə bu gün arasındakı ayrılmaz bağlılığın rəmzinə çevrilən püstə ağacı dayanır.

Maqsud İbrahimbəyovun ən təsirli əsərlərindən biri olan bu hekayədə hadisələr bir uşağın gözü ilə nəql olunur. Bu monotamaşada müharibə illərindəki uşaqlığını xatırlayan artıq böyümüş oğlan obrazını isə Azərbaycanın Əməkdar artisti Şövqi Hüseynov canlandırıb.

Tamaşaçılar onunla birlikdə mərkəzində iri bir püstə ağacı bitən kiçik Bakı həyətinə səyahət ediblər.

Seçilən
18
3
publika.az

10Mənbələr