İsraildə nadir və eksklüziv avtomobil olan “Ferrari Daytona SP3” satılıb. Avtosfer.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Məlumata görə, “Ferrari Daytona SP3” fantastik qiymətə – 18 milyon şekelə (təxminən 9 milyon 400 min manat-red.) satılıb. Bununla da İsraildə avtomobil satışları üzrə yeni rekord qeydə alınıb. Qeyd edilir ki, bu məbləğin təxminən yarısı vergilər şəklində dövlət büdcəsinə yönəldiləcək.
