AZ

Koreyalı deputat bu hərəkəti ilə ölkəsində gündəmə çevrildi

Cənubi Koreyanın "Xalq partiyası"ndan olan deputat Yu Yön Ha Milli Assambleyanın iclası zamanı noutbukunda qorilla şəkli çəkməsi ilə gündəmə gəlib.

Day.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

 

Məlumata görə, parlamentari daşınmaz əmlak sahəsində auditlə bağlı məruzəni dinləmək əvəzinə kompüterində "qorilla" sözünü axtarışa verib və ekrandakı primatın rəsmini çəkməyə başlayıb.

Parlament üzvü əvvəl etdiyi hərəkətin heç bir məna kəsb etmədiyini bildirsə də, sonrada bu hərəkətinə görə üzrxahlıq edib.

Seçilən
13
1
day.az

2Mənbələr