AZ

Paşinyan Mirzoyanın arvadını da Azərbaycanla əlaqədar komissiyanın tərkibinə daxil etdi...


Ermənistanın Baş naziri Paşinyanın qərarı ilə xarici işlər naziri Ararat Mirzoyanın həyat yoldaşı Qoar Abacyan Azərbaycanla kommunikasiyaların bərpası üzrə komissiyanın tərkibinə daxil edilib.

Ermənistan KİV-ləri hökumətin mətbuat xidmətinə istinadən yazır ki, Paşinyan Azərbaycan və Ermənistan arasında nəqliyyat və iqtisadi kommunikasiyaların açılması üzrə komissiyanın yaradılması haqqında qərara dəyişikliklər edərək yenilənmiş tərkibi təsdiqləyib.

Qoar Abacyan bu yaxınlarda "İnvestisiyaların Təşviqi Mərkəzi" Fondunun direktoru təyin edilib .

Bundan başqa, komissiyanın yenilənmiş tərkibinə Ali Məhkəmə Şurasının keçmiş sədri Karen Andreasyan da daxil edilib. Hazırda o, Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsidir.

Komissiyaya Baş nazirin müavini Mqer Qriqoryan sədrlik edir. Həmçinin xarici işlər nazirinin müavini Vaan Kostanyan və bir sıra digər vəzifəli şəxslər də daxildir.

TAHİR

Seçilən
21
7
baki-xeber.com

8Mənbələr