AZ

ABŞ-nin Avropa İttifaqının genişlənməsi ilə bağlı konkret mövqeyi yoxdur - Dövlət departamenti

ABŞ Avropa İttifaqının (Aİ) mümkün genişlənməsi ilə bağlı konkret mövqeyə malik deyil və bunu birliyin daxili işi hesab edir.

Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti açıqlama verib.

 

"Dövlət Departamenti hesab edir ki, üçüncü ölkələrin Aİ-yə üzvlüyünə - namizəd ölkələrin və mövcud üzv dövlətlərin özləri qərar verir",- deyə departamentdən "Euronews" telekanalına bildirilib.

Bundan əlavə, bir neçə ekspert qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp, öz sələflərindən fərqli olaraq, Aİ-nin genişlənməsində maraqlı deyil.

Seçilən
14
1
day.az

2Mənbələr