AZ

Tərtər şəhərində “Tarixi Zəfərin ideoloji əsaslarının gənclər arasında təbliği” layihəsi çərçivəsində növbəti maarifləndirici görüş keçrildi - FOROLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin həyata keçirdiyi “Tarixi Zəfərin ideoloji əsaslarının gənclər arasında təbliği” adlı layihənin ilk tədbiri 30 oktyabr 2025-ci ildə Tərtər Gənclər Evində keçrildi.

QHT.az xəvbər verir ki, tədbir şəhidlərimizin əziz xatirəsini yad etməklə başladı. Sonra “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri və “Tarixi Zəfərin ideoloji əsaslarının gənclər arasında təbliği” adlı layihənin rəhbəri Emin Həsənli iştirakçıları salamlayaraq bildirdi ki, 44 günlük vətən müharibəsində ordumuzun qazandığı zəfərin bu il 5 illik yubleyidir:

"Azərbaycan tarixinə qızıl həriflərlə yazılan bu qəhrəmanlıq səlnaməsi haqqında hazırkı həssas dövürdə gənclər arasında maarifləndirici görüşlərin keçrilməsi çox əhəmiyyətlidir. Qlobal miqyasda təhlükəsizlik risklərinin və xarici təhdidlərin artdığı bir zamanda gənclərdə özünə inam hissinin aşlanmasına böyük ehtiyac vardır. Layihə çərçivəsində ordumuzun qəhrəmanlığını tərənnüm edən sənədli film hazırlanıb bu gün o sənədli filmədə baxacayıq və bir daha ordumuzun qəhrəmanlığından xəbərdar olacayıq. Bu layihənin həyata keçrilməsinə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz dərin təşəkkürümü bildirirəm. Biz uzun illərdir bir QHT olaraq Agentliyin maliyyə dəstəyi ilə bu qəbildən olan layihələr icra edirik".

Sonra söz rayon icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayevə verildi. O, qonaqları salamladıqdan sonra bildirdi ki, Tərtər rayonu uzun illər döyüş bölgəsi olduğundan rayon rəhbərliyi tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına hər zaman yüksək diqqət və qayı göstərilib:

"Gənclərimizində milli ruhda böyüməsində bu amilin çox böyük əhəmiyyəti olub. Amma bununla belə gənclər arasında ideoloji işin mütəlif vasitələrlə aparılması və bu istiqamətdə bizimdə rayonda tədbirlərin salınması bizi çox sevindirir. Məhz ona görə mən sizlərə öz təşəkkürümü bildirdim".

Növbəti çıxışçı layihənin eksperti, Qarabağ qazisi Taleh Əliyev gənlərimiz arasında tarixi zəfərin ideoloji əsaslarının təbliğ edilməsinin əhəmiyyətindən danışaraq bildirdi ki, odu dövətin suverenliyinin və təhlükəsizliyinin əsas qarantıdır. Güclü ordusu olan ölkəyə düşmən hücum edə bilmir:

"Bu gün Azərbaycan ordusu məhz belə bir qüdrətli ordudur. Daha sonra sənədli filmə baxış oldu. Tədbir tələbələri maraqlandıran sualları cavablandırdıqdan sonra başa çatdı".

Qeyd edək ki, layihə çərçivəsində ilk tədbir Yevlax və Bərdə şəhərlərində baş tutub. Növbəti sonuncu tədbir Bakı şəhərində keçriləcəkdir.

Seçilən
10
11
qht.az

10Mənbələr