AZ

Azərbaycanın FIFA referisi “Napoli”nin oyununa təyinat alıb

FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının IV turu çərçivəsində keçiriləcək “Napoli” (İtaliya) – “Ayntraxt” (Almaniya) oyununun baş hakimi olacaq.

SİA xəbər verir ki, AFFA-danverilən məlumata görə, ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.

Noyabrın 4-də Çerkola şəhərində yerləşən “Cüzeppe Pikkolo” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:30-da başlanacaq.

Seçilən
7
16
sia.az

10Mənbələr