AZ

Bakıda səkidə quraşdırılan pilləkən qəfəsəsi sökülüb

Oktyabrın 31-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə ictimai nəzarət qaydasında daxil olan müraciət əsasında Hənifə Ələsgərova küçəsinə baxış keçirilib.

Bu barədə Moderator.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

Ərazidəki yaşayış binasının alt hissəsində yerləşən qeyri-yaşayış obyektinin qarşısında layihədən kənar pilləkən qəfəsəsinin quraşdırıldığı müəyyən olunub.

Faktla bağlı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarə əməkdaşlarının aidiyyəti qurumlarla birgə həyata keçirdiyi operativ tədbirlər nəticəsində müvafiq icazəverici sənədlər olmadan aparılan tikinti fəaliyyətinin qarşısı alınaraq, pilləkənin söküntüsü təmin edilib.

Bakıda səkidə quraşdırılan pilləkən qəfəsəsi sökülüb

Seçilən
3
6
moderator.az

8Mənbələr