AZ

“Kəndli öz pay torpağında qurumuş ağacı kəsib yenisi ilə əvəz edə bilər” Ekspert

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Deputat Azər Badamov parlamentdə çıxış edərək bildirib ki, kənd rayonlarında vətəndaşları ən çox narahat edən məsələlərdən biri pay torpaqlarından istifadəyə qoyulan məhdudiyyətlərdir. Onun sözlərinə görə, insanlar öz mülkiyyətlərindəki torpaqlarda kol-kosu təmizləyə və ya texniki yolla əkdikləri ağacları kəsə bilmirlər, halbuki torpaq vergisini ödəyirlər. Deputat vurğulayıb ki, bu vəziyyət mülkiyyət hüququ ilə ziddiyyət təşkil edir.

Mövzu ilə bağlı Redaktor.az-a danışan kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirdi ki, əgər fermer, kəndli aldığı pay torpağında bağçılıqla məşğuldursa, başqa sözlə, torpağı təyinatı üzrə istifadə edirsə, qanunvericiliyə əsasən bu zaman o, əgər həmin sahədə əvvəllər bağ salınıbsa və orada bağçılıq fəaliyyəti aparırsa, bar verməyən, qurumuş və ya çürümüş ağacları kəsib onları yeniləri ilə əvəz edə bilər.

"Çünki bu, onun mülkiyyətidir və qanun bu halda ona qadağa qoymur. Lakin əgər o, öz sahəsindən kənarda, fərqi yoxdur, əvvəl orada hansısa ağac növü olubsa, həmin ağacı kəsirsə, bu zaman mütləq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməlidir. Nazirliyin icazəsi olduqdan sonra ağacın kəsilməsi mümkündür. Qayda bu şəkildədir. Amma öz torpaq sahəsində özü tərəfindən əkilmiş ağaclara gəldikdə, əgər müəyyən səbəblərdən məhsuldarlıq kəskin şəkildə azalıbsa, ağac çürüyüb və ya quruyubsa, həmin ağacı kəsib yenisi ilə əvəz etməsinə icazə verilir", - deyə o qeyd etdi.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
redaktor.az

2Mənbələr