AZ

Səki üzərində quraşdırılan pilləkən ərazidən yığışdırıldı – BAŞ İDARƏDƏN AÇIQLAMA

Bakının Nəsimi rayonunda piyadalar üçün nəzərdə tutulmuş səki sahəsində quraşdırılan pilləkən qəfəsəsi sökülüb.

Bu barədə KONKRET.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 31-də Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə ictimai nəzarət qaydasında daxil olan müraciət əsasında Hənifə Ələsgərova küşəsinə baxış keçirilib və ərazidəki çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektinin ön hissəsində lahiyədən kənar pilləkən qəfəsəsinin quraşdırıldığı müəyyən olunub.

Faktla bağlı Baş İdarə əməkdaşlarının aidiyyəti qurumlarla birgə həyata keçirdiyi operativ tədbirlər nəticəsində müvafiq icazəverici sənədlər olmadan aparılan tikinti fəaliyyətinin qarşısı alınaraq, pilləkənin söküntüsü təmin edilib.

***13-43

Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsində yerləşən yeni tikili binanın qarşısında qanunsuz olaraq əlavə tikinti işləri görülür.

KONKRET.az demokrat-a istinadən xəbər verir ki, qanunsuz tikinti piyadalar üçün nəzərdə tutulmuş səkinin bir hissəsinin zəbt olunmasına səbəb olub.

Ərazidən görüntüləri təqdim edirik:
Demokrat.az





Seçilən
19
6
konkret.az

8Mənbələr