AZ

Qəzada ölən 37 yaşlı müğənninin DƏFN YERİ BƏLLİ OLDU

Meksikanın Kankun şəhərindən Nyuarka (Nyu-Cersi, ABŞ) uçan "JetBlue" aviakompaniyasına məxsus "Airbus A320" təyyarəsi Floridada təcili eniş edib.

Avtosfer.az CNN-ə istinadən xəbər verir ki, oktyabrın 31-də baş verən hadisə zamanı 15 sərnişin xəsarət alıb.

Məlumata görə, hadisəyə şiddətli hava turbulentliyi səbəb olub.

Aviaşirkətdən bildirilib ki, "Airbus A320" turbulentlik yaşadıqdan sonra Tampa Beynəlxalq Hava Limanına yönləndirilib. Həmin aeroportda təxminən 20 sərnişinə tibbi yardım göstərilib, onlardan 15-i həyati təhlükəsi olmayan xəsarətlərlə xəstəxanaya aparılıb.

Bildirilir ki, "JetBlue" hadisə ilə bağlı daxili araşdırmaya başlayıb və mütəxəssislər təyyarəni tədqiq etməyə başlayıblar.

Hadisə baş verən gün Floridada şaxtalı küləklər və qısamüddətli yağışlarla əlaqədar soyuq hava axını yaranıb ki, bu da turbulentliyə səbəb ola bilər.

Seçilən
11
avtosfer.az

1Mənbələr