AZ

İki ölkə arasında İkitərəfli Əməkdaşlıq Planı imzalanıb

Azərbaycan və Böyük Britaniya müdafiə nazirlikləri arasında 2026-2027-ci illər üçün İkitərəfli Əməkdaşlıq Planı imzalanıb.

XəzərNews.az xəbər verir ki, bu haqda xəbər Böyük Britaniyanın Azərbaycan böyükelçiliyinin “X” platformasındakı səhifəsində yayılıb.

“Biz müdafiə sahəsindəki sıx əməkdaşlığımızdan və münasibətlərimizin Strateji Tərəfdaşlıq çərçivəsindəki rolundan qürur duyuruq. Dünən Böyük Britaniya və Azərbaycan Müdafiə nazirlikləri arasında 2026/27-ci illər üçün müdafiə üzrə İkili Əməkdaşlıq Planı imzalanıb. Ortaq prioritetlərin həyata keçirilməsi istiqamətində birgə fəaliyyətimizi davam etdirməyi səbirsizliklə gözləyirik”, – məlumatda bildirilir.

Böyük Britaniya Azərbaycana qarşı silah embarqosunu tamamilə aradan qaldırdıqdan sonra iki ölkənin hərbi işbirliyi yeni mərhələyə keçib.




Xəbər 2 dəfə oxunub.
Seçilən
57
xezernews.az

1Mənbələr