AZ

SSRİ də ənənə olan balıq günü GERİ QAYIDIR

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Bir zamanlar keçmiş SSRİ-də ənənə olan balıq günü Rusiyaya geri qayıdır.

"Cebheinfo.az" xəbər verir ki, Dövlət Dumasında fraksiya rəhbəri və Ədalətli Rusiya Partiyasının lideri Sergey Mironov cümə axşamları "balıq günü"nün tətbiq edilməsini və mağazalarda balıqların yarı qiymətə satılmasını təklif edib.

Rusiya Prezidenti Vladimir Putin millətin sağlamlığının və ömür uzunluğunun balıq və dəniz məhsulları istehlakından asılı olduğunu bildirdi. Dövlət başçısının sözlərinə görə, Rusiya vətəndaşlarının balıq məhsulları istehlakını artırmalıdır.

Mironov hesab edir ki, bu problem güzəşt vasitəsilə həll edilə bilər:

"Qoy mağazalardakı balıqların 50% endirimlə satılacağı bir "balıq cümə axşamı" olsun. Bu, təkcə əhaliyə fayda vermir. Təchizatçılar üçün sonsuz qiymət artımı və istehlakın azalması tələbi azaldır", - deyə o bildirib.

Rusiyada balıq və dəniz məhsulları istehlakı ildə adambaşına 23,5 kiloqramdır. Səhiyyə Nazirliyi isə 28 kiloqramlıq standart tərtib edib. Puton vətəndaşların sağlamlığının yaxşılaşdırılması üçün bu göstəricinin artırılmasının zəruriliyini də qeyd edib.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
cebheinfo.az

2Mənbələr