AZ

ABŞ də təyyarə təcili eniş etdi, 15 nəfər xəsarət aldı

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Meksikanın Kankun şəhərindən Nyuarka (Nyu-Cersi, ABŞ) uçan "JetBlue" aviakompaniyasına məxsus "Airbus A320" təyyarəsi Floridada təcili eniş edib.

Oxu.Az CNN-ə istinadən xəbər verir ki, oktyabrın 31-də baş verən hadisə zamanı 15 sərnişin xəsarət alıb.

Məlumata görə, hadisəyə şiddətli hava turbulentliyi səbəb olub.

Aviaşirkətdən bildirilib ki, "Airbus A320" turbulentlik yaşadıqdan sonra Tampa Beynəlxalq Hava Limanına yönləndirilib. Həmin aeroportda təxminən 20 sərnişinə tibbi yardım göstərilib, onlardan 15-i həyati təhlükəsi olmayan xəsarətlərlə xəstəxanaya aparılıb.

Bildirilir ki, "JetBlue" hadisə ilə bağlı daxili araşdırmaya başlayıb və mütəxəssislər təyyarəni tədqiq etməyə başlayıblar.

Hadisə baş verən gün Floridada şaxtalı küləklər və qısamüddətli yağışlarla əlaqədar soyuq hava axını yaranıb ki, bu da turbulentliyə səbəb ola bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
oxu.az

2Mənbələr