Azərbaycan Basketbol Liqasında (ABL) V turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.

A qrupunda mübarizə aparan "Gəncə" "Şəki"ni qəbul edəcək. 

B qrupunda yer alan "Sərhədçi" səfərdə "Sumqayıt"la üz-üzə gələcək. 

Hər iki görüş saat 19:00-da start götürəcək.