AZ

Trampdan qaçqınlarla bağlı yeni qərar Ağdərililərə üstünlük veriləcək

ain.az bildirir, Yeniavaz portalına istinadən.

ABŞ Prezidenti Donald Trampın administrasiyası gələn il ABŞ-yə buraxılan qaçqınların sayını 7500-ə çatdıracaq və Cənubi Afrikadan olan ağdərililərə üstünlük veriləcək.

Yeniavaz.com xəbər verir ki, oktyabrın 30-da açıqlanan rəqəm, keçmiş prezident Co Baydenin təyin etdiyi 125 min yuxarı həddini əhəmiyyətli dərəcədə azaldır.

Bu cəhətdən yeni göstərici rekord həddədir.

Qeyd olunub ki, bu addım həm ABŞ-də, həm də qlobal miqyasda qaçqın siyasətini dəyişdirmək səylərinin bir hissəsidir.

Qeyd edək ki, bu il sentyabrın 30-da etdiyi illik qaçqın siyasəti çıxışında Tramp Cənubi Afrikanın ağdərili azlığına üstünlük veriləcəyini bildirib. Tramp hesab edir ki, əhalisi əsasən qaradərililərdən ibarət olan ölkədə bu qrup irqi ayrı-seçkiliyin qurbanıdır.

Cənubi Afrika rəsmiləri isə belə iddiaları qəbul etmirlər.

Xatırladaq ki, Tramp yanvar ayında qaçqınların qəbulunu dayandırıb və ABŞ-nin maraqlarına uyğun olacağı müəyyən olunarsa, bunun bərpa ediləcəyini bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
1
yeniavaz.com

2Mənbələr