Bakı. Trend:
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azadedilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Trend xəbərverir ki, Ağdam rayonunun Xıdırlı kəndinə köç edənlər respublikanınmüxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibatibinalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xıdırlı kəndinə 24 ailə - 124 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatəolunduqlarına görə Prezident İlham Əliyevə və Birincivitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar,həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli AzərbaycanOrdusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarınıbildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmətdiləyiblər.
 
                        