AZ

Avropa İttifaqında təbii qazın qiyməti kəskin azalıb

Bakı. Trend:

Avropa İttifaqında (Aİ) təbii qazın qiyməti bu ilin birinciyarısında 8,1 faiz azalıb.

Trend Aİ-ninStatistika İdarəsinin (Eurostat) məlumatına əsasən xəbər verir ki,100 kVt-saat qazın qiyməti ilk altı ayda 12,44 avrodan 11,43 avroyadüşüb.

Qazın yekun qiymətində vergilərin və rüsumların payı 2024-cüilin ikinci yarısında 30 faizdən bu ilin birinci yarısında 31,1faizə qalxıb. Bu, əvvəlki dövrlərdə tətbiq olunan vergi endirimlərivə subsidiya mexanizmlərinin tədricən azaldığını göstərir.

Aİ məkanında təbii qazın ən yüksək qiyməti (100 kVt-saat üçün21,30 avro) İsveçdə qeydə alınıb. Sonrakı yerlərdə Niderland (16,17avro) və Danimarka (13,06 avro) gəlir. Ən aşağı qiymətlər isəMacarıstanda (3,07 avro), Xorvatiyada (4,61 avro) və Rumıniyada(5,59 avro) müşahidə olunub.

Ötən ilin birinci yarısı ilə müqayisədə milli valyutada ən böyükqiymət artımı Estoniyada (+23,9 faiz), Bolqarıstanda (+23,6 faiz)və İsveçdə (+20,9 faiz), ən çox ucuzlaşma isə Sloveniyada (-12,7faiz), Avstriyada (-11,5 faiz) və Çexiyada (-10,9 faiz) qeydəalınıb.

Seçilən
8
3
az.trend.az

4Mənbələr