AZ

Rusiya Silahlı Qüvvələri Ukrayna dəmir yolu infrastrukturlarına zərbələr endirib

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Rusiya Silahlı Qüvvələri “Ukrayna Silahlı Qüvvələrinin maraqları naminə istifadə edilən” dəmir yolu infrastruktur obyektlərinə zərbələr endirib.

Xəbərə görə, Rusiya Silahlı Qüvvələri həmçinin 142 rayonda dronların yığıldığı, saxlandığı və buraxıldığı məntəqələrə, Ukrayna Silahlı Qüvvələrinin raket və artilleriya anbarlarına, hərbi-sənaye kompleksi müəssisələrinə və Ukrayna hərbçiləri üçün müvəqqəti yerləşdirmə məntəqələrinə zərbələr endirib. Müdafiə Nazirliyinin məlumatına görə, bütün hədəflərə taktiki aviasiya, PUA-lar, raket qüvvələri və artilleriyadan istifadə esilməklə zərbələr endirilib.

Bu gün Nazirlik hava hücumundan müdafiə qüvvələrinin Rusiya bölgələri üzərində gecə ərzində 170 dron vurduğunu bildirib. Məhv edilən ən çox sayda dron – 21 – Voronej vilayəti üzərində olub. Regional hakimiyyət orqanlarının məlumatına görə, itki olmayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
41
editor.az

1Mənbələr