“Qarabağ”ın sabiq futbolçusu Muarem Muarem Şimali Makedoniyanın "Başkimi" komandasının baş məşqçisi vəzifəsindən istefa verib.

Offsideplus.az xəbər verir ki, bu barədə mütəxəssis sosial şəbəkə hesabında paylaşım edib. 

37 yaşlı mütəxəssis Premyer Liqanın 11-cu turunda "FK Makedoniya Gjorce Petrov"la oyundan (1:1) sonra köməkçiləri ilə birgə vəzifəsindən ayrılıb.

Qeyd edək ki, Muarem Muarem 2012-15 və 2016-17-ci illərdə “Qarabağ”ın formasını geyinib.