AZ

Sahibkar parklanma yerini qanunsuz zəbt etdi

Bakıda satış üçün nəzərdə tutulan avtomobillərin ictimai parklanma yerində saxlanması sürücülərin narazılığına səbəb olub.

XəzərNews.az xəbər verir ki, bu barədə videogörüntü yayımlanıb.

Yayılan videogörüntülərdə 1-ci Yaşıl Ada küçəsində, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məxsus parklanma ərazisinin yaxınlıqdakı avtomobillərin satışı ilə məşğul olan salon tərəfindən zəbt edildiyi bildirilir.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən AYNA-nın mətbuat katibi Tural Orucov bildirib ki, artıq əraziyə baxış keçirilib.

"Obyekt sahibinə ciddi xəbərdarlıq edilib, bu kimi halların yolverilməz olduğu bildirilib. AYNA tərəfindən parklanma ərazilərində mütəmadi monitorinqlər davam etdirilir", - deyə T.Orucov bildirib.

Artıq ictimai parklanma yerində saxlanılan avtomobillər ərazidən götürülüb.

Xəbər 3 dəfə oxunub.
Seçilən
15
4
xezernews.az

5Mənbələr