AZ

“Liverpul” son 1 ayda ən çox uduzan komandalardandır

Bakı. Trend:

“Liverpul” İngiltərə Liqa Kubokunun dördüncü raundunda evdə“Kristal Pelas”a 0:3 hesabı ilə uduzub. Beləliklə, mersisaydlılarson 7 oyunun 6-da məğlub olublar.

Trend xarici KİV-ə istinadən xəbər ki, sentyabrın 27-dən bəri“Liverpul” Avropanın ən güclü beş liqası arasında bütün yarışlardaən çox oyun uduzan komanda olub.

Bu müddətdə “qırmızılar” ardıcıl dörd Premyer Liqa matçında(“Kristal Pelas” – 1:2, “Çelsi” – 1:2, “Mançester Yunayted” – 1:2,“Brentford” – 2:3) məğlub olub, Liqa Kubokundan kənarlaşdırılıb vəÇempionlar Liqasının 2-ci turunda “Qalatasaray”a (0:1) uduzub.

Komandanın bu dövrdə yeganə qələbəsi Çempionlar Liqasının 3-cüturunda “Ayntraxt” üzərində 5:1 hesablı qələbə olub.

Seçilən
6
2
az.trend.az

3Mənbələr