Tbilisi, 29 oktyabr, AZƏRTAC
Gürcüstanın firavanlığı, inkişafı, sülhü və sabitliyi Türkiyə üçün təkcə ikitərəfli əlaqələr baxımından deyil, həm də regional perspektiv baxımından vacibdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay bildirib.
Onun sözlərinə görə, Türkiyə özünü müstəqil respublika elan edəndən sonra inkişaf baxımından mühüm addımlar atıb. "Bu gün Türkiyə Cümhuriyyətinin elan edilməsinin 102-ci ildönümünü qeyd edirik. Bu gün bizim üçün çox önəmlidir. Qeyd etmək istərdim ki, bu 102 il ərzində Türkiyə çox böyük yol keçib və mühüm addımlar atıb, 82 milyonluq əhalisi ilə iqtisadi inkişaf baxımından dünyanın 16-cı ölkəsidir. Türkiyə Gürcüstanla çox arzuolunan dostdur, çox mühüm dövlət strateji tərəfdaşdır. Türkiyə hər zaman Gürcüstanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləmişdir", - deyə diplomat vurğulayıb.
Səfir deyib: Gürcüstanın inkişafı, sülhü və sabitliyi Türkiyə üçün regional əlaqələr baxımından önəmlidir. Ona görə də biz həmişə Gürcüstanda sülhün və inkişafın tərəfdarıyıq. Gürcüstanda 2000-ə yaxın türk şirkəti fəaliyyət göstərir ki, bu da Gürcüstanın iqtisadi inkişafına töhfə verir. Türkiyənin Gürcüstana yatırdığı sərmayələrin ümumi həcmi 2,5 milyard dollar təşkil edir ki, bu da öz növbəsində Gürcüstanın iqtisadi inkişafında mühüm rol oynayır".
"Türkiyə səmimi-qəlbdən inanır ki, Gürcüstanın parlaq gələcəyi olacaq. Türkiyə Gürcüstanı hərtərəfli dəstəkləyir və ona tərəqqi və inkişaf arzulayır”,- deyə Orbay bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi