Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində Vətən müharibəsində qazanılan şanlı qələbəyə həsr olunan “Zəfər Kuboku 2025” güllə atıcılığı turniri keçirilib.
Yarışlarda Azərbaycan, Belarus və Gürcüstanı təmsil edən 100-dən çox idmançı Kubok uğrunda mübarizə aparıb.
10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə qadınlar arasında keçirilən yarışda Nikol Kurylenak 1-ci, Darya Chuprys 2-ci (hər ikisi Belarus), Əfsanə Elvina (Azərbaycan) 3-cü yeri tutub.
10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə kişilər arasında keçirilən yarışı təmsilçilərimiz Ruslan Qəhrəmanov 1-ci, Əliməmməd Hüseynov 2-ci, Ramiz Xəlilov isə 3-cü pillədə başa vurublar.
10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qadınlar arasında keçirilən yarışda idmançımız Nigar Nəsirova 1-ci, belaruslu Liubov Yaskevich və Zoya Dasko müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşüblər.
10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə kişilər arasında keçirilən yarışda Belarus idmançıları İvan Kazak 1-ci, Uladzislau Dzemesh 2-ci, Vladislav Kalmıkov isə 3-cü yerə layiq görülüb.
10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə qarışıq komanda yarışında mükafatların 3-nü də Azərbaycan idmançıları qazanıb. Elvina Əfsanə / Zahid Sofiyev 1-ci, Aynur Mahmudova / Ruslan Qəhrəmanov 2-ci, Vəfa Zeynalova / Əliməmməd Hüseynov isə 3-cü olub.
10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qarışıq komanda yarışının qalibləri Belarus idmançıları Dasko Zoya / Krautsou Yury 1-ci, Piatrova Aliaksandra / Dzemesh Uladzislau 2-ci, gürcüstanlı Prodiashvili Mariami / Mumladze Giorgi isə 3-cü yeri tutub.
XQ