
İsrailin Qəzza şəhərinin cənubundakı Əl-Sabra rayonuna endirdiyi aviazərbə nəticəsində 5 nəfər ölüb, 4-ü isə yaralanıb.
Bu barədə Al-Aqsa TV mülki müdafiə xidmətinə istinadla məlumat yayıb.
Məlumata görə, zərbə nəticəsində dörd nəfər, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan biri uşaqdır.(APA)