AZ

Qəzza yenə bombalanır – Ölənlər var

İsrail Hərbi Hava Qüvvələri Qəzza şəhərinin bir neçə rayonuna aviazərbələr endirib.

Heftelik.az xəbər verir ki, bu barədə “Al Jazerra” telekanalı məlumat yayıb.

Məlumata görə, aviabombalardan biri şəhərin şimalında yerləşən Əl-Şifa tibb mərkəzini hədəf alıb.

Eyni zamanda, Al Mayadeen telekanalı İsrailin Qəzzanın qərbində yerləşən Əl-Şati qaçqın düşərgəsinə də zərbə endirdiyinə dair məlumat yayıb.

İsrailin Qəzza şəhərinin cənubundakı Əl-Sabra rayonuna endirdiyi aviazərbə nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb. Zərbə nəticəsində dörd nəfər, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan biri uşaqdır.

Qeyd edək ki, qısa müddət öncə İsrail Baş naziri Benyamin Netanyahu orduya Qəzza zolağına “dərhal və güclü zərbələr endirməyi” tapşırıb.

Qərarın “İsrail ordusunun Qəzza zolağının cənubunda hücuma məruz qalmasından qısa müddət sonra və HAMAS-ın girovların meyitlərinin qaytarılması ilə bağlı növbəti pozuntuları” fonunda verildiyi bildirilib.

Fələstinin HAMAS Hərəkatı isə Rəfah şəhərində baş verən atışma hadisəsi ilə əlaqəsinin olmadığını və Qəzza sektorunda qüvvədə olan atəşkəs razılaşmasına sadiq qaldığını açıqlayıb.

Seçilən
58
8
heftelik.az

10Mənbələr