AZ

Azərbaycanın minaaxtaran iti və təlimçisi ABŞ-də beynəlxalq mükafat qazanıb

Ajans.az xəbər verir ki, bu əlamətdar hadisə ilə əlaqədar Azərbaycanın ABŞ-dakı səfirliyində tədbir təşkil olunub. Tədbirdə Marşal İrsi İnstitutunun İdarə Heyətinin, ANAMA əməkdaşları Vüsal Allahverdiyev və Rəhman Əsgərov, sponsor təşkilatların və humanitar minatəmizləmə sahəsində ixtisaslaşmış qurumların nümayəndələri iştirak edib. Tədbirdə səfirliyin müşaviri Vüsalə Mehdiyeva, Marşal İrsi İnstitutunun prezidenti Eliz Beker, eləcə də ANAMA əməkdaşı Vüsal Allahverdiyev çıxış edib. Çıxışlarda Azərbaycanın üzləşdiyi irimiqyaslı mina problemi diqqətə çatdırılmış, bu sahədə beynəlxalq dəstəyin vacibliyi vurğulanıb, ABŞ-ın, o cümlədən Marşal İrsi İnstitutunun 20 illik əməkdaşlıq çərçivəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilib, əməkdaşlığın davam etdirilməsinin önəmi qeyd olunub. Daha sonra tədbir iştirakçıları üçün minaaxtaran itin iştirakı ilə şərti minanın aşkar olunması və zərərsizləşdirilməsi nümayiş etdirilib. Qeyd edək ki, ANAMA və Marşal İrsi İnstitutu arasında əməkdaşlıq 20 illik tarixə malikdir. 2005-ci ildən etibarən Marşal İrsi İnstitutu tərəfindən Azərbaycana 100 ədəd mina axtaran it təqdim edilib.

Mükafat Marşal İrsi İnstitutunun Vaşinqtonda şəhərində keçiriləcək illik qala gecəsində təqdim olunacaq. / report.az

Seçilən
17
1
Ajans.az

2Mənbələr