AZ

Xocalının bu kəndlərinə növbəti köç karvanları yola salındı – FOTOLAR

Xocalının Təzəbinə, Ballıca və Badara kəndlərinə növbəti köç karvanları yola salınıb

NOCOMMENT.az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Xocalı rayonunun Təzəbinə, Ballıca və Badara kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Ballıca kəndinə 13 ailə, – 51 nəfər, Təzəbinə kəndinə 17 ailə – 72 nəfər, Badara kəndinə isə 17 ailə – 62 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Seçilən
25
49
nocomment.az

10Mənbələr