Bakı. Trend:
2025-ci ilin 9 ayında 81,65kilometr təmiri nəzərdə tutulan avtomobil yollarından54,75 kilometri, əsaslı təmir olunub və əhalininistifadəsinə verilib.
Trend xəbərverir ki, bu məlumatı Naxçıvan Muxtar Respublikasında AzərbaycanRespublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli“X” hesabındakı paylaşımında yazıb.
F.Nəcəfli bildirib ki, bu proses “Naxçıvan MuxtarRespublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illərüçün Dövlət Proqramı”na uyğun olaraq həyatan keçirilib.
“Görülən işlər Naxçıvan Muxtar Respublikasında yolinfrastrukturunun müasir tələblər səviyyəsində qurulmasına,əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə və regionunsosial-iqtisadi inkişafının təmin olunmasına yönəlib”, - deyə oqeyd edib.