AZ

Politico: “Budapeşt “bədbin”lər alyansı yaratmaq istəyir”

Azvision saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, Macarıstan baş nazirinin siyasi direktoru Balaj Orbana istinad edən “Politico” nəşri belə məlumat yayıb. “Macarıstanın baş naziri Viktor Orban Aİ-nin dekabrda keçiriləcək sammitindən əvvəl Çexiyanın seçkilərdə qalib gəlmiş “Narazı Vətəndaşların Aksiyasi (NVA)” siyasi hərəkatının lideri Ancej Babiş və Slovakiyanın baş naziri Robert Fitso ilə Ukrayna ilə bağlı mövqelərini əlaqələndirməyə ümid edir”, - siyasətçi deyib.

Ukraynalı komandirin Macarıstana girişi qadağan olunub

Xatırladaq ki, Ukrayna münaqişəsi başlayandan bəri Macarıstan davamlı şəkildə Rusiyanın enerjidaşıyıcılarına qarşı sanksiyaların və Kiyevə silah verilməsinin əleyhinə çıxıb. 2022-ci ilin martında Macarıstan parlamenti ölkədən Ukraynaya silah daşınmasına qadağa qoyan qətnamə qəbul edib. Macarıstanın Xarici İşlər naziri Peter Siyyarto bildirib ki, Budapeşt etnik macarların yaşadığı Transkarpatiya ərazisinin təhlükəsizliyini təmin etməyə çalışır. Çünki həmin ərazidən silah daşınması bu bölgəni qanuni hərbi hədəfə çevriləcək. Rəsmi Budapeşt Macarıstanın sülh danışıqlarının mümkün qədər tez başlamasını dəstəklədiyini dəfələrlə vurğulayıb. Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
2
azvision.az

3Mənbələr