BAKI, 27 oktyabr. TELEQRAF
Abzal Nukenov Qazaxıstan Prezidenti Administrasiyasının Daxili siyasət şöbəsinin müdiri vəzifəsindən azad edilib.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Dövlət başçısının sərəncamı ilə Abzal Nukenoviç Nukenov Qazaxıstan Respublikası Prezidentinin Administrasiyasının Daxili siyasət şöbəsinin müdiri vəzifəsindən azad edilib”, - məlumatda deyilir.