AZ

Prokuror Gədəbəyin icra başçısının sabiq müavininə cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Vəfa Allahverdiyeva və onun tanışı Təranə Bağırova barəsində cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Oxu.Az xəbər verir ki, hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Vəfa Allahverdiyevanın 7 il 6 ay, Təranə Bağırovanın isə 9 il müddətinə azadlıqdan məhrum olunmasını məhkəmədən tələb edib.

Məhkəmənin növbəti iclası oktyabrın 31-nə təyin olunub.

İttihama görə, təqsirləndirilən şəxslər Gədəbəy rayon sakini Cavanşir Məmmədəliyevi Təhsil şöbəsinin müdiri vəzifəsinə təyin etdirəcəkləri vədi ilə aldadaraq 51 min manat pulunu ələ keçiriblər.

Məlumata görə, Təranə Bağırova daha əvvəl də başqa dələduzluq əməlinə görə məhkumluq həyatı yaşayıb. Eks-müavin Vəfa Allahverdiyeva isə hazırda həbsdə deyil - istintaq dövründə onun barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib.

Seçilən
47
1
demokrat.az

10Mənbələr