Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində keçiriləcək sayca 6-cı İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilən futzal oyunlarının təqvimi müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, A qrupunda yer alan millimiz noyabrın 4-də Liviya, 2 gün sonra Özbəkistan, noyabrın 8-də isə Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşacaq.
Qrupda ilk 2 yeri tutacaq komanda yarımfinala vəsiqə qazanacaq. Bu mərhələnin görüşləri noyabrın 9-da keçiriləcək. Qalib və bürünc medalçının adına isə 2 gün sonra – noyabrın 11-də aydınlıq gətiriləcək.
A qrupu
4 noyabr
Liviya – Azərbaycan
Səudiyyə Ərəbistanı - Özbəkistan
6 noyabr
Özbəkistan – Azərbaycan
Səudiyyə Ərəbistanı – Liviya
8 noyabr
Səudiyyə Ərəbistanı – Azərbaycan
Özbəkistan – Liviya
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta