ain.az, Idmanxeber.az portalına istinadən məlumatı açıqlayır.
Misli Premyer Liqasının IX turunda “Qarabağ” doğma meydanda “Şamaxı”nı qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunda zədəli olan Joni Montiel komanda ilə məşqlərə başlayıb. Dizində ağrıları olan Musa Qurbanlının isə oynayıb-oynamacağı bəlli deyil.
“Şamaxı”da isə cəzalı Abdulaye Şuaybu ilə yanaşı, zədəli Edqar Adilxanovla Andrey Tirkoveanu meydanda çıxa bilməyəcək.
Qeyd edək ki, “Qarabağ” – “Şamaxı” qarşılaşması oktyabrın 26-da keçiriləcək. Matçın start fiti 18:30-da səsləndiriləcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.