AZ

Zaxarovadan fəlakət anonsu – Vaşinqtonun qərarı…

“ABŞ-ın yeni sanksiyaları Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar prosesinə ziddir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Əgər ABŞ-ın hazırkı administrasiyası Rusiyanı qanunsuz sanksiyalar vasitəsilə öz milli maraqlarını qurban verməyə məcbur etməyə və ya sələflərindən nümunə götürməyə başlasa, nəticə tamamilə eyni olacaq. Yəni bu, daxili siyasi nöqteyi-nəzərdən fəlakətli və qlobal iqtisadiyyatın sabitliyi üçün mənfi haldır”, – deyə o bildirib.

Zaxarova qeyd edib ki, Rusiya Qərb sanksiyalarına qarşı immunitet formalaşdırıb və yeni məhdudiyyətlərə baxmayaraq, iqtisadi inkişafı davam etdirəcək.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi Rusiyanın 2 böyük enerji şirkəti – “Rosneft” və “Lukoil”a qarşı (34 törəmə şirkətləri ilə bərabər) total sanksiyaların tətbiqi barədə qərar qəbul edib.

Globalinfo.az

Seçilən
12
1
editor.az

2Mənbələr