Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Fabien Mandon bəyan edib ki, Fransa ordusu 3-4 ildən sonra münaqişəyə hazır olmalıdır.
Sfera.az xəbər verir ki, Mandon Milli Assambleyanın (Fransa aşağı palatası) öz internet saytında yayımlanan müdafiə komitəsinin dinləmələrində deyib:
"Silahlı qüvvələr qarşısında qoyduğum ilk məqsəd üç-dörd ildən sonra toqquşmaya hazır olmaqdır".
Mandon Rusiya ilə qarşıdurma kontekstində yaranmış vəziyyətdən danışıb. General etiraf edib ki, toqquşma artıq hibrid formada gedir, lakin gələcəkdə daha da böyüyə bilər.